cümə axşamı 5 fevral 2026 - 19:49
15 Şaban münasibətilə keçirilən möhtəşəm tədbirlər, İran xalqının ümid, müqavimət və hazırlıq mesajını dünyaya çatdırdı

Müqəddəs Cəmkəran məscidinin məsul şəxsi, bu müqəddəs məkanın xidmətçiləri üçün keçirilən mərasimdə, həmçinin İmam Məhdinin (ə.f) mövludu münasibətilə təşkil olunan tədbirlərdə milyonlarla insanın iştirakına işarə edərək vurğuladı: Bu möhtəşəm tədbirlər İran xalqının aydın ümid, müqavimət və hazırlıq mesajını dünyaya çatdırdı.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Seyid Əliəkbər Ocaq Nejat, çərşənbə günü Bəqi şəbistanında keçirilən 15 Şabanın möhtəşəm tədbiri müqəddəs Cəmkəran məscidinin xidmətçiləri məclisində, həzrət Məhdinin (ə.f) mövludu münasibətilə təşkil olunan şənliklərdə xalqın geniş və möhtəşəm iştirakını yüksək qiymətləndirərək, ədalətin icrasını həmin həzrətin həqiqi intizarında olanlar üçün dini bir vəzifə kimi dəyərləndirdi.

Müqəddəs Cəmkəran məscidinin məsul şəxsi, bu müqəddəs məkanın xidmətçilərinin məclisində, həzrət Məhdinin (ə.f) mövludu münasibətilə keçirilən tədbirlərdə milyonlarla insanın iştirakına işarə edərək vurğuladı: Bu möhtəşəm kütləvi şənliklər, İran xalqının aydın ümid, müqavimət və hazırlıq mesajını dünyaya çatdırdı.

Bəziləri qələmləri ilə tarixi ört-basdır edir

O, bəşəriyyətin gələcəyi ilə bağlı pessimist fikirləri tənqid edərək dedi: “Bəziləri qələmləri ilə tarixi ört-basdır edir, lakin Allahın açıq vədlərinə əsaslanaraq, biz işıqlı gələcəyi və bəşəriyyətin xilaskarının zühurunu qarşıda görür və hiss edirik”

Müqəddəs Cəmkəran məscidinin məsul şəxsi, bu günkü dövrdə qlobal zorakılıq və misli görünməmiş cinayətlərə işarə edərək bildirdi: “Bu gün tarixə düşməyən bir zülmə şahidlik edirik. Lakin biz möhkəm imana sahib olaraq bilirik ki, bütün bu cinayətlər tarixin qaranlıqlarında qalacaq.

İran xalqı nümunəvi bir xalqdır

Höccətül-İslam vəl-müslimin Ocaq Nejat bəşəriyyətin artan şüuru və agahlığını, eləcə də zülmə qarşı müqavimətin heyrətamiz şəkildə böyüməsini müasir dövrün ümidverici əlamətlərindən hesab edərək deyib: İran xalqı bu baxımdan nümunəvi bir xalqdır.

O, xüsusilə Cəmkəran məscidinin böyük həyətində İmam Zamanın (ə.f) möhtəşəm mövludu məclisinə toxunaraq deyib: "Dünən gecə yağışlı havada mövludu qeyd edən insanlar dünyaya böyük bir mesaj verdilər. Bu böyük izdiham özlüyündə bir mesajdır".

Höccətül-İslam vəl-müslimin Ocaq Nejat bəyan etdi ki, bəzən düşmənlər bir xalqı aşağılamaq üçün təhqirə əl atırlar.

O qeyd edib ki, düşmən sizi təhqir edəndə və sizi hədələyəndə, demək ki, siz varsınız. İran xalqı bu mərasimdə qlobal zülmə qarşı qətiyyətli mövqeyini nümayiş etdirərək onun acizliyini bir daha nümayiş etdirdi.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha